EN

Bu ölkədə daşqın fəlakəti: ölən və xəsarət alanlar var

Ekvadorda daşqınlar nəticəsində 2 nəfər ölüb, 81 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, El Oro əyalətinin Pinas şəhərində güclü yağışlar insan tələfatına və böyük dağıntılara səbəb olub.

San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalıb, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir. Rəsmi açıqlamalara görə, rayonda 19 ev tamamilə dağılıb, 85 ev, 23 ictimai bina, səhiyyə ocağına və körpüyə ziyan dəyib.

Ekvador prezidenti Daniel Noboa təbii fəlakətin baş verdiyi Pinas şəhərinə səfər edib, vətəndaşlarla görüşüb. Yerli hakimiyyət orqanları ilə görüşən Noboa humanitar yardımın sürətləndirilməsi və bölgənin tez bir zamanda normal vəziyyətə salınması üçün göstərişlər verib.

Chosen
70
36
publika.az

10Sources