EN

ABŞ-ın Kanada və Meksikaya qarşı 25%-lik gömrük rüsumları qüvvəyə minib- ÖZƏL

4 mart tarixindən etibarən ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxal edilən mallara tətbiq etdiyi 25%-lik gömrük rüsumları qüvvəyə minib. Eyni zamanda, Çindən gətirilən mallara qoyulan rüsumlar iki dəfə artırılaraq 20%-ə çatdırılıb. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, bu tariflər ABŞ-ın ümumi idxal və ixracına təxminən 2,2 trilyon dollar dəyərində təsir göstərə bilər. Tramp bu addımın əsas səbəbi kimi Kanada, Meksika və Çinin ABŞ-a fentanil tədarükünü dayandırmaq üçün kifayət qədər tədbir görmədiyini göstərib.

Kanadanın baş naziri Castin Trüdo Vaşinqtonun qərarına cavab olaraq ABŞ-dan idxal edilən məhsullara 25%-lik rüsum tətbiq olunacağını elan edib. Bu rüsumlar ABŞ mallarının 20,7 milyard dollar dəyərində olan hissəsini əhatə edəcək. Əgər tariflər qüvvədə qalmağa davam edərsə, əlavə 86,2 milyon dollar dəyərində məhsullara da tarif tətbiq olunacaq. Trüdonun sözlərinə görə, Kanadanın cavab tədbirləri əsasən ABŞ-dan gətirilən pivə, şərab, burbon, məişət texnikası və Floridada istehsal olunan portağal şirəsinə təsir edəcək.

Meksika prezidenti Klaudiya Şeynbaum isə ölkəsinin bu rüsumlara qarşı görəcəyi tədbirləri 4 mart tarixində keçirilməsi planlaşdırılan mətbuat konfransında açıqlayacağını bildirib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
20
olaylar.az

10Sources