EN

Polyaklar gənc və zəngin ukraynalılardan beziblər - Nazir gileyləndi

Polyaklar gənc və zəngin ukraynalılardan beziblər.

Publika.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Kosinyak Kamiş bildirib.

“On minlərlə, yüz minlərlə və bəlkə də bir milyondan çox ukraynalı gənc Avropanı ən yaxşı avtomobillərdə gəzir. Daha sonra həftə sonlarını beş ulduzlu hotellərdə keçirirlər. Bu vəziyyət məni üzür”, - nazir çıxışında deyib.

Bundan əvvəl “inPoland” jurnalı ukraynalıların Polşanı kütləvi şəkildə tərk edərək Almaniyaya getdikləri barədə məlumat vermişdi. Bildirilib ki, Polşada ukraynalıların sayı təxminən 983 min nəfərə düşüb. Məlumata görə, 2022-ci ildə bu rəqəm 1,3 milyondan çox olub.

Chosen
7
publika.az

1Sources