EN

“Tramp Zelenski ilə qəsdən mübahisə edib” - Almaniya kansleri

“Ağ Evdə görüş zamanı ABŞ Prezidenti Donald Trampla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı münaqişə Amerika tərəfindən qəsdən törədilə bilər”.

Missiya.Az “Bild” qəzetinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.

"Məncə, Oval kabinetdəki bu görüş açıq-aydın, təxribatlı eskalasiya idi", - deyə siyasətçi vurğulayıb.

O, Zelenski ilə görüşdə istifadə olunan ritorikanın ABŞ-nin yeni administrasiyasının ümumi davranış xəttinə uyğun olduğuna əmin olduğunu bildirib.

"Vaşinqtonda gördüklərimiz son bir neçə həftənin hadisələr zəncirində müəyyən ardıcıllıqdır", - deyə Merts əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
23
missiya.az

1Sources