Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1984-cü il təvəllüdlü Fərrux İlqar oğlu Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media