EN

Nigar Arpadarai: Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz hissəsidir

Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda qadın hüquqlarının qorunması üçün atılan addımlardan danışıb.

Dövlət müstəqilliyindən sonra Azərbaycan qadını milli dövlət quruculuğu siyasətinin fəal iştirakçısına çevrilmiş, ölkənin sosial, iqtisadi və mədəni potensialının artırılması istiqamətində mühüm töhfələr vermişdir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Arpadarai 2025-ci il Qadın Liderləri Zirvəsi tədbirində çıxışı zamanı bildirib.

"Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir sıra qanunlar qəbul edilmiş, fərmanlar və sərəncamlar imzalanmış, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlər ölkəmizdə tətbiq olunmuşdur. Bu, qadın hüquqlarının reallaşması və təminatı istiqamətində mühüm inkişafın əldə olunmasına təkan vermişdir", – deyə o qeyd edib.

Chosen
22
operativmedia.az

1Sources