EN

Zidan Hümbətov “Adriatik incisi”nə qələbə ilə başlayıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.

Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.

Boksçularımız beynəlxalq turnirdə 1/4 finala yüksəlib

Üç boksçumuz beynəlxalq turnirə qələbə ilə start verib

Azərbaycan boksçuları “Drakula Open”də 9 medal qazanıb

Daha 1 boksçumuz beynəlxalq turnirin finalında

4 boksçumuz finalda

Chosen
7
10
apasport.az

10Sources