EN

Baş katib: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar hər il artır

Ötən il TBNM BA Brüsseldə, Londonda, Sinqapurda və digər ölkələrdə keçirilən 16 beynəlxalq tədbirdə təmsil olunub.

Ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası (TBNM BA) Brüsseldə, Londonda, Sinqapurda və digər ölkələrdə keçirilən 16 beynəlxalq tədbirdə təmsil olunub.

Operativ Media xəbər verir ki, bu sözləri TBNM BA-nın baş katibi Heydər Əbdülkərimov deyib.

O bildirib ki, bu tədbirlərdə yaradılan əlaqələrin və müxtəlif şirkətlərlə aparılan danışıqların nəticəsində TBNM ilə yükdaşımaların həcmində artım müşahidə edilib.

“Ötən il bu marşrutla ümumilikdə 3 milyon 300 mindən çox yük daşınıb. 2024-cü ildə sözügedən marşrutla tranzit yükdaşımaları isə 224 ton artıb. Görülən işlər nəticəsində TBNM ilə 390 konteynerlik yük qatarı Şərqdən Qərbə yük daşıyıb ki, bunlarından da 290 qatar Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsi ilə Avropaya yola salınıb”, - deyə Heydər Əbdülkərimov vurğulayıb.

Baş katib nəzərə çatdırıb ki, Avropa və Asiyada fəaliyyət göstərən bir sıra iri şirkətlər TBNM marşrutundan istifadə etməkdə qərarlıdırlar: “Bu baxımdan üzv dövlət qurumları və şirkətlər infrastruktur layihələrini diqqətdə saxlamalıdırlar”.

 

Chosen
24
1
operativmedia.az

2Sources