EN

Çin-dən ABŞ ilə bağlı qərar

Çin martın 10-dan ABŞ-dən gələn mallara əlavə rüsumlar tətbiq edəcək. 

Azreform.info xəbər verir ki, bu barədə məlumat Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin saytında yer alıb.

O cümlədən, toyuq ətinə, buğda və qarğıdalıya 15 faiz, donuz əti, mal əti, meyvə, tərəvəz və süd məhsullarına isə 10 faiz rüsum tətbiq olunacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pekini ABŞ-də narkotik ticarəti ilə effektiv mübarizə aparmamaqda günahlandırıb və Çindən gələn mallara idxal rüsumlarını iki dəfə artıraraq 10%-dən 20%-ə çatdırıb.

Həmidə İbrahimova

Chosen
11
1
azreform.info

2Sources