Bakı. Trend:
Estoniyanın "SAI Recruitment OÜ" şirkəti Azərbaycanda günəşpanelləri və fiber-optik kabelləri quraşdıra biləcək hər hansı birşirkətlə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bu barədə Trend-əaçıqlamasında sözügedən şirkətin nümayəndəsi Evald Qirsi deyib.
O? əvvəlcə şirkətlərinin fəaliyyət istiqamətindən danışıb:"Günəş panelləri, fiber-optik kabel məhsulları təqdim edirik. 5ildən artıqdır ki, Baltika ölkələrində, eləcə də Almaniya bazarındafəaliyyətimizi davam etdiririk. Şirkətimizdə 200-dən artıq işçifəaliyyət göstərir".
Daha sonra xarici şirkət nümayəndəsi Azərbaycanda günəşpanelləri və fiber-optik kabelləri quraşdıra biləcək hər hansı birşirkətlə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini vurğulayıb:"Ümumiyyətlə, bizə təqdim etdiyimiz məhsullarımızı Azərbaycandaicra edə biləcək şirkət axtarışındayıq. Əsasən, bizə Azərbaycandaəməkdaşlıq üçün onşor və ofşor üzrə çalışan şirkətlərlazımdır".