EN

ABŞ hərbçilərinə tam səlahiyyət verdi

Trampın administrasiyası yüksək rütbəli hərbi məmurlara Ağ Evin icazəsi olmadan rəsmən terrorçu kimi tanınan hədəflərə qarşı hava hücumları həyata keçirmə icazəsi verib.

Yenisabah.az “Military Times”a istinadla xəbər verir ki, bunu adı açıqlanmayan Pentaqonun rəsmisi bildirib.

Onun sözlərinə görə, qərarların qəbulunda səlahiyyətlərin genişləndirilməsi terrorizmlə mübarizənin effektivliyini artırmaq üçündür. Bayden administrasiyası hərbi komandirlərin fəaliyyət azadlığını “həddindən artıq” məhdudlaşdırıb ki, bu da terror təhdidlərinə ləng cavab verməyə gətirib çıxarıb.

ABŞ-ın aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması hərbçilərin Meksika ilə sərhədə yerləşdirilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumilikdə intensivləşməsi fonunda baş verir. Bir sıra narkokartellərin xarici terror təşkilatları kimi tanınması yeni qaydalarla birlikdə hərbi komandanlığa sadələşdirilmiş qərar qəbuletmə proseduru çərçivəsində onlara zərbələr endirməyə imkan verir.

Pentaqon bu yeniliklərlə bağlı rəsmi açıqlama verməyib.


Telegram kanalımız
Chosen
23
yenisabah.az

1Sources