EN

Azərbaycanın gənc boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycan boksçusu Monteneqroda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 hesabı ilə məğlub edib.

O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.

Chosen
46
operativmedia.az

1Sources