EN

Haiti yığması Sumqayıta gəlir - Millimizlə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası bu il Haiti yığması ilə beynəlxalq yoxlama görüşü çərçivəsində üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimizin yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib. Fernando Santosun rəhbərlik etdiyi komandamız Haiti yığması ilə qarşılaşacaq.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə də yoxlama görüşləri keçirəcək.

Chosen
12
24
arena.az

10Sources