Qərb Ukrayna münaqişəsi vasitəsilə Türkiyəni “Rusiyaya qarşı qoymağa” çalışır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.
“Onların Ukrayna üzərindəki cəhdləri indiyədək uğursuz olub. Son 10 il ərzində Türkiyəni Rusiyaya qarşı qoymaq üçün üç məlum addım atıblar: 2015-ci ildə Suriyada Rusiya təyyarəsinin vurulması, 2016-cı ildə Rusiyanın Ankaradakı səfirinin öldürülməsi və 2023-cü il seçki yarışında Ərdoğana qarşı ittifaqa açıq dəstək ”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu gün Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Peskov Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkonun Türkiyəyə son dərəcədə uğurlu səfərini də qeyd edib. O, həmçinin iki ölkənin xarici işlər nazirləri səviyyəsində məhsuldar təmasların olduğunu qeyd edib. Bildirib ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya, Putinin isə Türkiyəyə səfəri üçün etibarlı dəvət var. Lakin konkret tarixlər hələ müəyyən edilməyib.