EN

Ana və qız cinsiyyət dəyişdi, ata və oğul oldu

Braziliyanın San-Paulu şəhərində yaşayan 38 yaşlı Rafael və 10 yaşlı qızı Qustavo cinsiyyət dəyişikliyi prosesini tamamlayıb. Ana və qız kimi başladığı həyatlarını indi ata və oğul olaraq davam etdirən ikili təcrübələrini sosial şəbəkələrdə minlərlə izləyiciləri ilə bölüşüb.

Yenisabah.az xəbər verir ki, bioloji olaraq qadın kimi dünyaya gələn Rafael və Qustavo artıq  kişi kimi tanıyır. Qustavo 4 yaşında keçid prosesinə başladığını bildirib, Rafael isə ötən il qadın olduğunu qəbul etmədiyini və kişi kimi tanınmaq istədiyini açıqlayıb.

Oyunçu və tələbə olan Qustavo trans və cisgender rollarını canlandırdığı layihələrdə yer alıb. O, keçid prosesinin təbii şəkildə irəlilədiyini və anasına "ata" deməyin çətin olmadığını bildirib. Rafael isə "Qustavonun mənə birbaşa təsiri olmadı, amma mənə cəsarət və güc verdi. Onun dəstəyi ilə özümə qarşı daha dürüst ola bildim" -, deyə vurğulayıb.

Ata və oğulun cinsiyyət keçid prosesi Braziliyanın Birləşmiş Səhiyyə Sistemi tərəfindən müəyyən edilən protokollar və Federal Tibb Şurasının tövsiyələri əsasında həyata keçirilib. Rafael müalicəsini Kampu Limpu Bələdiyyə Xəstəxanasında alıb, Qustavo isə Psixiatriya İnstitutunun Transdisiplinar Cinsiyyət Kimliyi və Cinsi Yönəlmə Klinikası ilə "Hospital das Klinikas" Uşaq İnstitutunun Pediatrik Endokrinologiya bölməsində nəzarətdə saxlanılıb.

Bütün dünyada cinsiyyət keçidi prosesləri müxtəlif yanaşmalarla qiymətləndirilir. Keçən ilin dekabr ayında Böyük Britaniya hökuməti 18 yaşdan aşağı şəxslərə ergenlik gecikdirici dərmanların istifadəsini qadağan etdiyini açıqlayıb. Səhiyyə naziri Ves Stritinq bu dərmanların uşaqlar və gənclər üçün "qəbuledilməz təhlükə" yaratdığını vurğulayıb və yeni cinsiyyət kimliyi xidmətlərinin yaradılması üçün işlərin aparıldığını bildirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
37
yenisabah.az

1Sources