Futbol üzrə Azərbaycan çempionatının II Liqasında mübarizə aparan "Ağdaş" klubu cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb ağdaşlıların martın 1-də XIV tur çərçivəsində "Şimal"la matç üçün stadionu hazır vəziyyətə gətirməməsi olub.
Həmin gün Ağdaş şəhər stadionunun ot örtüyü qardan təmizlənməyib. Əlverişsiz hava şəraitinə baxmayaraq, qonaq komandanın futbolçuları, AFFA nümayəndəsi və hakimlər təyin olunan vaxtda Ağdaşa yetişiblər. Lakin çempionatın təşkilatçısı PFL-in tələblərinə laqeyd yanaşan "Ağdaş" rəsmiləri ot örtüyünü təmizləməyiblər.
Bu səbəbdən AFFA İntizam Komitəsi tərəfindən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan savayı, "Ağdaş" oyunun başlama vaxtından 45 dəqiqə sonraya qədər stadionuTəcili Tibbi Yardım avtomobili ilə təmin etməyib. Nəticədə kluba 250 manat cərimə kəsilib.