EN

Roza Zərgərlinin toy qiyməti açıqlandı

Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Afaqla onlar" verilişinə qonaq olan sənətçi toylarda 15 min AZN-ə çıxış etdiyini bildirib.

"Pandemiyadan əvvəl heç bir tədbirə və toy məclislərinə getmirdim. Sonra bəzi məqamlar oldu. Həyatım dəyişdi. Əvvəl yarım saatlıq çıxış qiymətimiz 5 min AZN idi. Toyu bütöv oxumaq isə 12 min AZN idi. İndi isə bu qiymət cəmi 3 min AZN artıb, 15 min AZN olub.

Bu elə də böyük qiymət deyil. Yeri gələndə statusu, sənəti məndən aşağı olan müğənnilər toya 8- 10 min AZN-ə gedir. Elələri var ki bütün toyu fonoqramla yola verir. Amma onların da toy qiyməti mənimkindən qat-qat üstündür".

Chosen
11
4
day.az

5Sources