EN

Yanacağın qiyməti artırılır - Bu ölkədə

İran hökuməti mart ayından etibarən dizel yanacağının qiymətinin artırılması barədə qərar qəbul edib.

 

Pravda.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “İran İnterneşnl” mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, dövlət subsidiyalarının böyük hissəsi ləğv ediləcək və yanacaq bazar qiymətləri ilə satılacaq.

 

Xatırladaq ki, 2019-cu ildə benzinin qiymətinin oxşar şəkildə artırılması genişmiqyaslı etirazlara səbəb olmuş və bu etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırılmışdı. Həmin vaxt 1500-dən çox insanın həlak olduğu güman edilir.

Tarix: 4 Mart 2025, 14:12   
Chosen
64
9
pravda.az

10Sources