EN

“Öcalanın tərəfdarlarına müraciətinin sonrakı təhlükələri də ola bilər...”

Yazını böyüt
Yazını kiçilt

“Terrorçu “PKK”-nın həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına silahlarını təhvil vermək haqda müraciətindən sonra hələki proses öz səviyyəsində gedir. Amma bunun Türkiyə üçün real müsbət nəticələr verəcəyi mənə hələlik inandırıcı görünmür. Çünki sonrakı təhlükələri də ola bilər bu prosesin... Ona görə ki, bir dəfə oxşar proses gözlənilməz hadisələrə gətirib çıxarmışdı”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Ertibar Məmmədov “Türkiyədə maraqlı olaylar baş verir. Terrorçubaşı Abdullah Öcalanın tərəfdarlarına məlum müraciətindən sonra, bəzi məlumatlara görə, artıq bir sıra kürd qruplaşmaları silahı yerə qoymaqdadır. Sizcə, bu prosesin real nəticəsi olacaqmı” sualını cavablandırarkən söyləyib.

“Ərdoğan yenicə hakimiyyətə gələndə indikinə oxşar bir müraciət olmuşdu və yenə də “PKK”-çılar guya silahları yerə qoyurdular.  Ancaq bu onunla nəticələndi ki, o vaxtadək dağlarda olan terrorçuların bir hissəsi  Türkiyənin şəhərlərinə endilər və artıq şəhərlərdə terror aktları icra edilməyə başlandı. Ona görə də tərksilah məsələsinə sadə məsələ kimi baxmaq olmaz”, -deyə davamında siyasətçi diqqətə çatdırıb.

Ermənistan baş naziri Nikol Paşinyan özü bu günlərdə Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsinə gəldi, oradakı quruculuq işləriylə tanış oldu. Dünən isə bəyan edib ki, Azərbaycandan yüklər Laçından Ermənistan ərazisinə oradan da Marqara vasitəsilə Türkiyəyə keçə bilər. Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda nə düşünürsüz” sualına isə Etibar Məmmədov belə cavab verib:

“Düzdü, Ermənistan tərəfdə sərhədlərin açılması üçün hazırlıqlar gedir, sərhəd-keçid məntəqəsi də tikilib, lakin Türkiyə tərəfdə heç bir ciddi hazırlıq görülmür və hələ ki, hər hansı razılıq da yoxdur.  Təbii ki, bunun üçün Ermənistan rəsmi şəkildə Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir və Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Və bunlar Türkiyə ilə sərhədlərin açılmasından ötrü Ermənistan qarşısında qoyulan əsas şərtlərdir...”.

Chosen
47
hafta.az

1Sources