EN

“KÖHNƏ QVARDİYA”DAN KİMLƏR QALIR? - Yeni kadrlar çoxalsa da, köhnələrin bəziləri öz yerini qoruyur

Azərbaycan bəzi nazirlərin, deputatların, iri ranqlı məmurların on illərlə vəzifədə qalmasına imkan yaradılan və bu baxımdan sayı elə də çox olmayan ölkələrdən biridir. İnsaf xatirinə deyə bilərik ki, xüsusilə də 2017-2018-ci illərdən başlayaraq, ölkədə kadr bazasının yenilənməsi, köhnə kadrların daha gənc kadrlarla əvəzlənməsi prosesi müşahidə olunmağa başladı. Bunun hansı müsbət və ya mənfi nəticələri barədə çox danışmaq olar. Lakin zatən hər şey göz qabağındadır…

“Köhnə qvardiya”nın Ramiz Mehdiyev, Oqtay Əsədov, Vasif Talıbov və digər “kötükləri” yola salınandan sonra belə, xeyli sayda “uzunömürlü” məmurlar və deputatlar hələ də vəzifədə qalmaqdadır. Əlbəttə, onların bir çoxu öz vəzifəsinin öhdəsindən yenə də lazımınca gələ bilir və bəziləri uzun illər eyni vəzifəni daşıyırlar.

Chosen
70
azpolitika.info

1Sources