Qeyd edək ki, martın 2-də İsrail Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib. Yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və bu mərhələ çərçivəsində 42 gün ərzində Qəzza zolağından 33 girov İsrailə qaytarılıb.