EN

“Bəxtimiz gətirdi ki, Kriştiano və Messi ilə eyni vaxtda oynadıq”

“Real”ın sabiq müdafiəçisi Marselo portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə argentinalı hücumçu Lionel Messi arasında fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, iki oyunçu barədə maraqlı açıqlamalar edib:

“Tarixin ən yaxşısı deyə bir şey yoxdur. Bəxtimiz gətirdi ki, Kriştiano və Messi ilə eyni vaxtda oynadıq. Bu ikisinin tamamilə ağılsız olduğu bir dövr var idi. Biri iki qol vurdusa, o biri üç qol vurdu. Biz bunu canlı gördük və çox bəyəndik. Əksər insanlar onları müqayisə etmək istəyir, lakin hər ikisindən həzz almağı unudurlar”.

Xatırladaq ki, Messi 8,m Ronaldo isə 5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Chosen
14
idmanxeber.az

1Sources