EN

Peskov Rusiya-ABŞ münasibətlərinin normallaşmasının şərtini açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar götürülməlidir".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Bu sanksiyalara münasibətimiz yaxşı məlumdur, biz onları qanunsuz hesab edirik. İkitərəfli münasibətlərin normallaşmasına gəlincə, onları bu mənfi yükdən, yəni sanksiyalardan azad etmək lazımdır", - deyə o qeyd edib.
Eyni zamanda D.Peskov bildirib ki, bu məsələdə irəliləyişlə bağlı hələlik nə isə demək tezdir.
Chosen
15
oxu.az

1Sources