EN

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi daşımalara təsir göstərib

Son illərdə Xəzər dənizində limanlarda və kanallarda suyun dərinliyi azalıb, bu da bərələrin tam gücü ilə işləməsinə imkan vermir.

"APA-Economics" xəbər verir k, bunu Bakıda keçirilən "Xəzər dənizi vasitəsilə Orta Dəhliz" adlı ("Middle Corridor via the Caspian Sea”) forum zamanı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın Kurık limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı (Ələt) ilə qeyd olunan liman arasında "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb. Belə ki, dəmir yolu çənlərinin daşınması üzrə azalma 22%, vaqon daşımaları üzrə isə 10% təşkil edib.

Tariyel Mirzəyev qeyd edib ki, Türkmənbaşı limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı ilə bu liman arasında da "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb (dəmir çənlerinin daşınması üzrə 37% azalma, vaqon daşımaları üzrə 19% azalma).

Tariyel Mirzəyev onu da vurğulayıb ki, 2014-cü ildən indiyədək ASCO üzrə 32 gəmi istismara verilib, hazırda isə 11 gəminin istifadə verilməsi nəzərdə tutulub.

Chosen
83
7
apa.az

9Sources