Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı istənilən təklifi nəzərdən keçirməyə açıq olduğunu deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Albanese açıqlamasında Rusiyanın qanunsuz və əxlaqsız hərəkətlərinin mükafatlandırılmadığına əmin olmaq istədiyini bildirib.
Albanese Ukraynada sülh görmək istədiklərini vurğulayaraq əlavə edib: "Hazırda mümkün sülhməramlı qüvvələr haqqında müzakirə gedir və gələcək təklifləri nəzərdən keçirməyə hazırıq".