EN

Simonyan: “Ermənistanın varlığı naminə lazım gələrsə, mən mindiyim təyyarə də vurulmalıdır”

Əgər mən təyyarədə olaramsa və Ermənistanın varlığı sualı yaranırsa, düşünmədən o təyyarəni vurun, başqaları da belə düşünməlidir.

Herbiand.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

Simonyan əmin edib ki, Ermənistanın maraqları onun şəxsi maraqlarından üstündür: “Sərhədin müdafiəsinə erməni hərbçi göndərilirsə və onun həyatı, əsirlikdə olması və Ermənistan arasında sual yaranarsa, seçim aydındır - Ermənistan. Siz mənim əvvəlki bəyanatımı kontekstdən çıxararaq təqdim edirsiniz və belə çıxır ki, Alen Simonyan deyib ki, bu hərbi əsirlər Ermənistan üçün heç nədir, onlar yoxdur. Xeyr, bu doğru deyil. Orduya gedən hərbçi hesab edir ki, Ermənistan yoxa çıxmalıdır, amma geri qayıtmalıdır?”, - spiker qeyd edib.

O, əmin edib ki, orduda xidmət edəndə və növbətçi duranda bilirdi ki, geri qayıtmayacaq: “Mən təkcə Ermənistanın hər bir vətəndaşı və əsgəri üçün deyil, bütövlükdə Ermənistan üçün cavabdehəm. Ermənistan hərbçiləri lazım gələrsə, canları və azadlıqları bahasına ölkənin maraqlarını müdafiə etməyə hazırdırlar”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
61
herbiand.az

1Sources