Səudiyyə Ərəbistanının “Əl Şəbab” klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.
“Qafqazinfo” xəbər verir ki, bunun səbəbi oyunçuların 3 aydır maaş almamasıdır.
Türkiyəli məşhur mütəxəssis Fatih Terimin məşqçisi olduğu komandanın oyunçuları maaşlar verilməyincə məşqlərə və oyunlara çıxmayacaqlarını da deyiblər.
Qeyd edək ki, “Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemdən narazı olan komandanın bəzi idarəçiləri də istefa veriblər.
Xatırladaq ki, Fatih Terim isə dekabr ayından bu komandanı çalışdırır.