RU

Fatih Terimin baş məşqçisi olduğu komandada kütləvi narazılıq - Məşqə çıxmadılar

Səudiyyə Ərəbistanının “Əl Şəbab” klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

“Qafqazinfo” xəbər verir ki, bunun səbəbi oyunçuların 3 aydır maaş almamasıdır. 

Türkiyəli məşhur mütəxəssis Fatih Terimin məşqçisi olduğu komandanın oyunçuları maaşlar verilməyincə məşqlərə və oyunlara çıxmayacaqlarını da deyiblər. 

Qeyd edək ki, “Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemdən narazı olan komandanın bəzi idarəçiləri də istefa veriblər. 

Xatırladaq ki, Fatih Terim isə dekabr ayından bu komandanı çalışdırır. 

Избранный
13
qafqazinfo.az

1Источники