EN

Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək?

BAKI, TurkicWorld

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Darrell İssa prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İssa sosial media platforması X (keçmiş Twitter) üzərində paylaşım edərək, Trampın bu mükafata layiq olduğunu vurğulayıb.

"Bu gün mən Donald Trampı Nobel Sülh Mükafatına namizəd edəcəyəm. Buna ondan daha çox heç kim layiq deyil." - deyə bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp Oval kabinetdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bu mövzuya toxunaraq , "Onlar mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Bu, dəhşətli bir şeydir. Mən buna layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər." - deyə bildirib.

ABŞ dövlət katibi Marko Rubio isə bu məsələ ilə bağlı açıqlama verərək Trampın müharibəni bitirmək üçün apardığı səyləri müdafiə edib.

"Bir demokrat bunu etsəydi, hamı ‘Tramp Nobel Sülh Mükafatına doğru gedir’ deyərdi." - deyib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentlərindən Teodor Ruzvelt (1906), Vudro Vilson (1919), Cimmi Karter (2002) və Barak Obama (2009) Nobel Sülh Mükafatına layiq görülüblər.

Chosen
32
turkic.world

1Sources