17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının ikinci seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Yığmaya 23 oyunçu dəvət alıb. U-17 bununla əlaqədar martın 5-dən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.
Qeyd edək ki, B Liqasının B qrupunun oyunları martın 12-dən 18-dək Bakıda təşkil olunacaq.
- Firuzə Bayramova – Dinamo Balakən
- Nərgiz Ağaliyeva – Şəfa
- Aydan Abdullayeva – Təhsil 8 İOEUGİM
- Məryəm Səmədli – Təhsil 8 İOEUGİM
- Arzu Cəfərova – Şəfa
- Xanım Əsədova – Neftçi
- Bədriyyə Mövludova – Şəfa
- Ayşən Salamzadə – Neftçi
- Səma Əsədova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Sabah
- Ayan Abdiyeva – Şəfa
- Şəhanə Mirzəliyeva – Mingəçevir
- Suel Polikarpova – Ulduz
- Sara Səlimova – Gömrükçü
- Elmira Hüseynova – Ulduz
- Könül Hüseynova – Mingəçevir
- Naidə Məmmədovə – Zaqatala City
- Xədicə Rəhimova – Təhsil 8 İOEUGİM
- Məhsumə Vahabzadə – Sabah
- Aygün Novruzova – Sabah
- Aylin Əliyeva – Ulduz
- Tahirə Rəcəb – Təhsil 8 İOEUGİM
Qeyd edək ki, 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.
Oyunların təqvimi:
12 mart
11:00. Bolqarıstan – Malta
“Bayıl Arena”.
16:00. Azərbaycan – Lüksemburq
“Bayıl Arena”.
15 mart
11:00. Lüksemburq – Malta
“Bayıl Arena”.
16:00. Bolqarıstan – Azərbaycan
“Bayıl Arena”.
18 mart
13:00. Azərbaycan – Malta
“Bayıl Arena”.
13:00. Lüksemburq – Bolqarıstan
Binə stadionu.