EN

U-17 millimizin AÇ-nin 2-ci seçmə mərhələsi üçün heyəti bəlli oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının ikinci seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Yığmaya 23 oyunçu dəvət alıb. U-17 bununla əlaqədar martın 5-dən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.

Qeyd edək ki, B Liqasının B qrupunun oyunları martın 12-dən 18-dək Bakıda təşkil olunacaq.

  1. Firuzə Bayramova – Dinamo Balakən
  2. Nərgiz Ağaliyeva – Şəfa
  3. Aydan Abdullayeva – Təhsil 8 İOEUGİM
  4. Məryəm Səmədli – Təhsil 8 İOEUGİM
  5. Arzu Cəfərova – Şəfa
  6. Xanım Əsədova – Neftçi
  7. Bədriyyə Mövludova – Şəfa
  8. Ayşən Salamzadə – Neftçi
  9. Səma Əsədova – Neftçi
  10. Aysu Əsədova – Sabah
  11. Aylin Kərimova – Sabah
  12. Ayan Abdiyeva – Şəfa
  13. Şəhanə Mirzəliyeva – Mingəçevir
  14. Suel Polikarpova – Ulduz
  15. Sara Səlimova – Gömrükçü
  16. Elmira Hüseynova – Ulduz
  17. Könül Hüseynova – Mingəçevir
  18. Naidə Məmmədovə – Zaqatala City
  19. Xədicə Rəhimova – Təhsil 8 İOEUGİM
  20. Məhsumə Vahabzadə – Sabah
  21. Aygün Novruzova – Sabah
  22. Aylin Əliyeva – Ulduz
  23. Tahirə Rəcəb – Təhsil 8 İOEUGİM

Qeyd edək ki, 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.

Oyunların təqvimi:

12 mart

11:00. Bolqarıstan – Malta
“Bayıl Arena”.

16:00. Azərbaycan – Lüksemburq
“Bayıl Arena”.

15 mart

11:00. Lüksemburq – Malta
“Bayıl Arena”.

16:00. Bolqarıstan – Azərbaycan
“Bayıl Arena”.

18 mart

13:00. Azərbaycan – Malta
“Bayıl Arena”.

13:00. Lüksemburq – Bolqarıstan
Binə stadionu.

Chosen
34
arena.az

1Sources