EN

Ərəb Liqası Zirvəsində Qəzza ilə bağlı razılıq əldə olunub

BAKI, TurkicWorld

Ərəb Liqasının Zirvə toplantısında Qəzzanın yenidən qurulması ilə bağlı plan layihəsi razılaşdırılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, layihənin birinci mərhələsində 20 milyard dollar dəyərində 200 min ev tikilməsi nəzərdə tutulur.

Qahirədə keçirilən fövqəladə sammitdə Ərəb dünyasının liderləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağının gələcəyi ilə bağlı son təklifinə qarşı ortaq mövqe nümayiş etdirmək üçün bir araya gəliblər.

Sammitin əsas nəticəsi Qəzzanın bərpası üçün maliyyə və infrastruktur layihəsinin razılaşdırılması olub.

Chosen
22
turkic.world

1Sources