"Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin sona çatmasından sonra Qəzza zolağına humanitar yardımın girişini dayandıran İsrail, bölgəyə su və elektrik enerjisinin kəsilməsini də nəzərdən keçirir".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrail Baş nazirliyinin sözçüsü Ömər Dostri deyib.
Dostri İsrail ordusu radiosuna verdiyi açıqlamada, İsrailin HƏMAS-a təzyiq etmək üçün bəzi addımlar atacağını və hücumların yenidən başlaması üçün hazırlıq gördüyünü bildirib.
O qeyd edib ki, İsrail ABŞ ilə tam koordinasiya şəraitində mümkün qədər çox israilli məhbusu sağ-salamat xilas etmək istəyir.
"HƏMAS-a təzyiq göstərmək üçün bir sıra tədbirlərimiz var. Eyni zamanda biz hərbi yolla müharibəyə qayıtmağa hazırlaşırıq. Qəzzaya su və elektrik enerjisinin kəsilməsi ehtimalını istisna etmirik".