EN

Qida məhsullarının istehsalı 25 faizədək artıb

Bu ilin yanvar ayında ölkədə 492,9 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni ayının göstəricisini 24,7 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ən yüksək artım templəri şəkər, qənd (+7,4 dəfə), makaron məmulatları (+3,6 dəfə) və meyvə şirələrinin (+63,5 faiz) istehsalında qeydə alınıb.

Qida məhsullarının növləri üzrə istehsal:

Şəkər, qənd – 22,9 min ton (+7,4 dəfə)

Makaron məmulatları – 1193,0 ton (+3,6 dəfə)

Meyvə şirələri – 395,4 min dkl (+63,5 faiz)

Qida duzu – 7,2 min ton (+10,8 faiz)

Marqarin – 5174,4 ton (+10,6 faiz)

Kolbasa məmulatları – 2454,8 ton (+7 faiz)

Duru bitki yağları – 3 959,9 ton (+5,7 faiz)

Kərə yağı – 2194,9 ton (+4,6 faiz)

Meyvə-tərəvəz konservləri – 12 454,7 ton (+3,8 faiz)

Qaymaq, xama – 766,1 ton (+0,9 faiz)

Pendir və kəsmik – 4 347,3 ton (+0,1 faiz)

Chosen
81
2
vergiler.az

3Sources