EN

Tramp Putindən İranla nüvə danışıqlarında vasitəçilik etməyi xahiş edib - “Bloomberg”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyadan İranın nüvə proqramı kimi məsələlərdə onunla ünsiyyətdə vasitəçi kimi çıxış etməsini istəyib.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Bildirilib ki, Tramp fevral ayında Putinlə telefon danışığı zamanı bunu birbaşa Kreml rəhbərinə çatdırıb. 

Məlumata görə, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri daha sonra Səudiyyə Ərəbistanında danışıqlar zamanı rusiyalı həmkarları ilə məsələni müzakirə ediblər.

Daşqın HəsənovMissiya.Az

Chosen
48
missiya.az

1Sources