EN

Donmuş "Mamırlı şəlalə"nin əsrarəngiz mənzərəsi - FOTO

Söhbət Qaxın Ləkit kəndində, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Mamırlı şəlalədən gedir.

Bizim.Media-nın oxucularına Mamırlı şəlalə haqda iki il əvvəl, yay aylarında məkana səfərimiz zamanı ətraflı məlumat vermişdik. Buraya adətən yayda nəinki yerli həm də dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq gəlir.

Şəlaləyə budəfəki səfərimiz qarlı-çovğunlu bir günə təsadüf etdi. Kənddən şəlaləyə kimi üç kilometrə yaxın məsafəni də qara görə piyada getmək məcburiyyətində qaldıq.



Qeyd edÉ™k ki, LÉ™kit kÉ™ndi tarixi vÉ™ tÉ™biÉ™t abidÉ™lÉ™ri ilÉ™ tanınır. Bu qÉ™dim yaÅŸayış mÉ™skÉ™nindÉ™ IV- VI É™srlÉ™rÉ™ aid Alban memarlığınının É™n gözÉ™l abidÉ™lÉ™ri qorunur. Bu abidÉ™lÉ™r dövlÉ™t tÉ™rÉ™findÉ™n qorunsa da, ciddi bÉ™rpaya ehtiyac var. 

Yol yolçusu olduÄŸumuz Mamırlıq ÅŸÉ™lalÉ™ dÉ™ 2006-cı ildÉ™n NazirlÉ™r Kabinetinin qÉ™rarı ilÉ™ TÉ™biÉ™t AbidÉ™si kimi qorunur. Lakin sözdÉ™… Bu barÉ™dÉ™ hÉ™lÉ™ É™vvÉ™lki materiallarımızda É™traflı bÉ™hs etmiÅŸdik.

Qeyd etdiyimiz kimi şəlalə dağlıq ərazidə yerləşdiyindən özümüzlə yol bələdçisi götürmək məcburiyyətindəydik. Kənd sakini Mehdi Məmmədov bu işi üzərinə görürdü. Maraqlı söhbətləri, xatirələri ilə Mehdi dayı yol boyu bizləri darıxmağa qoymadı. Bələdçimiz deyir ki, yaz-yay aylarında bu kəndə xüsusən də şəlaləyə yerli turistlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən saysız turist gəlir.



“ŞəxsÉ™n mÉ™n bu illÉ™r É™rzindÉ™ É™n azı 20-dÉ™n artıq ölkÉ™dÉ™n qonaq qarşılayıb ÅŸÉ™lalÉ™yÉ™ aparmışam. Onların sırasında Amerikadan, Rusiyadan, Fransadan, Almaniyadan, TürkiyÉ™dÉ™n gÉ™lÉ™nlÉ™r olub”-deyÉ™n bÉ™lÉ™dçimiz buradan hamının razı döndüyünü dÉ™ É™lavÉ™ edib. 

Mehdi dayı, qışda necə, gələnlər olurmu sualımıza

  – “TÉ™ssüf ki, qışda, qarda gÉ™lÉ™n az olur”-deyÉ™ fikrini tamamlayır.

Beləcə, uzun yolu qət edib şəlaləyə çatırıq. Adətən hər gəlişimizdə şəlaləni qaynar, səslü-küylü görməyə alışmışdıq. Bu dəfə isə burada demək olar tam sakitlik hökm sürür. Şəlalənin əksər hissəsi donub. Mehdi Məmmədovun sözlərinə görə bu hadisə də hər il baş vermir. Belə ki, üç il əvvəl belə bir hadisə baş versə də onda şəlalənin az hissəsi donmuşdu. Builki donma isə ilk hadisədir. Buz qatının eni 20-30 sm, uzunluğu isə 2 metrdən də çox olardı.



Kənd sakinləri bildirir ki, adətən qış aylarında qonaqları gələndə mütləq bura baş çəkir, ən azından bir xatirə şəkli çəkdirirlər. Bu dəfə də bir neçə sakinlə qarşılaşırıq. Öyrənirik ki, onlar da donmuş şəlalənin əsrarəngiz mənzərəsini seyr etməyə gəlib.

Sakinlər inanır ki, ölkəmizin turizm sektorunda qış turizmi ilə bağlı yeniliklər olacaq. Azərbaycanın müxtəlif yerlərində bununla bağlı yetərincə tarixi və təbiət abidələri var ki, onları qış aylarında gəzib-görmək, zövq almaq fürsəti yaradılmalıdır. Mamırlı şəlalənin də turizm marşrutuna daxil edildiyini deyən sakinlər yayda olduğu kimi qış aylarında gəzintilərin təşkilini məqsədə müvafiq sayırlar. Buraya qışda gələnlər həm şəlaləni fərqli görə, həm də Ləkitin dadlı mətbəxindən istifadə edə bilərlər.

Ümid edək ki, bu, tezliklə baş verəcək.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
31
bizim.media

1Sources