EN

SpaceX-in Starship raketinin 8-ci sınaq uçuşu ləğv edilib

BAKI, TurkicWorld

Amerikalı milyarder İlon Maska məxsus SpaceX şirkətinin Starship raketinin 8-ci sınaq uçuşu buraxılışa 40 saniyə qalmış ləğv edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatındakı Starbase obyektindən həyata keçirilməsi planlaşdırılan sınaq uçuşu naməlum texniki problemlər səbəbindən dayandırılıb.

SpaceX-in rəsmi internet saytında canlı yayımlanan buraxılış prosesi gözlənilməz ləğv qərarı ilə yarımçıq qalıb.

Növbəti sınaq uçuşu üçün dəqiq tarix açıqlanmasa da, İlon Mask X (keçmiş Twitter) hesabında bunun "bir və ya iki günə" baş tuta biləcəyini bildirib.

Qeyd edək ki, Yanvarın 16-da SpaceX Starship raketinin 7-ci sınaq uçuşunu həyata keçirdi, lakin kosmik gəmi qalxdıqdan qısa müddət sonra idarəetmə ilə əlaqə kəsildi və yuxarı pillə parçalandı.

İlon Mask həmin gün açıqlama verərək raketin mühərrikinin yanğın divarının üstündə oksigen və yanacaq sızması baş verdiyini və bunun təhlükəli təzyiq yaratdığını bildiirmişdi.

Mask yanğınsöndürmə sistemi və digər texniki məsələlərdə dəyişikliklər ediləcəyini və növbəti buraxılışın fevral ayına qədər gecikdirilməsinin gözlənilmədiyini əlavə etmişdi.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) uğursuz 7-ci sınaq uçuşu ilə bağlı araşdırma başlatsa da, 8-ci sınaq uçuşunun həyata keçirilməsinə icazə vermişdi.

Chosen
74
3
turkic.world

4Sources