EN

XİN-dən Ermənistan baş nazirinə CAVAB

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan HacızadəninErmənistan Baş nazirinin “Armenpress” xəbər agentliyindəkommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerlimedianın sualına cavabı.

4 mart tarixində Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan “Armenpress” xəbər agentliyində Ermənistanla Azərbaycanarasında kommunikasiyalara dair məqaləsində Ermənistanınkommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansıbir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq nəqliyyatkommunikasiya xəttlərini açmağa hazır olduqlarını,kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinəAzərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdənbəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünübildirib. Ermənistan Baş nazirinin bu fikirlərinə münasibətiniziöyrənmək istərdik.

Cavab: 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalqsəviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış,Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinəsəbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakıdörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlarprosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası iləbirləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlıErmənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərininmövcud olduğunu bilsə də, onları indiyə qədər yerinəyetirməyib.

Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrasıçətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəlisürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədidaşıyır.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyalarınaçılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı vəbölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyalarınaçılması istiqamətində praktiki addımlar atmalıdır.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
28
35
az.trend.az

10Sources