EN

Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Ermənistanın Ararat vilayətinin Ayqavan kəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayış saat 16:40 radələrində baş verib. İlkin məlumata görə, içərisində maye qaz olan sistern partlayıb.

Chosen
18
15
report.az

10Sources