EN

Flik Neymarın "Barselona"ya qayıtmasına qarşıdır

"Santos"d çıxış edən Neymarın "Barselona"ya keçmək istəyi baş tutmaya bilər.

"Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik Braziliyanın "Santos" klubundan 33 yaşlı braziliyalı hücumçu Neymarın Kataloniya klubuna qayıtmasının əleyhinədir.

"Operativ Media" xəbər verir ki, bu haqda sport.es saytı məlumat yayıb.

Flik fiziki durumu və yaşı ilə Neymarın "Barselona"nın səviyyəsinə uyğun olub-olmayacağından şübhələnir.

İspaniya mətbuatı Neymarın arzusunun 2013-2017-ci illərdə oynadığı "Barselona"da yenidən oynamaq olduğunu yazıb.

Neymar bu mövsümün sonuna qədər "Santos"da çıxış edəcək. Onun son məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etməkdir.

Chosen
39
operativmedia.az

1Sources