EN

Avropa İttifaqından ABŞ-a təhdid: "Biz bunu sakit qarşılaya bilmərik"

Avropa İttifaqı (Aİ) ABŞ-ın Meksika və Kanadaya tətbiq etdiyii əlavə 25 faizlik gömrük rüsumunun qlobal ticarətə zərər verəcəyindən narahatdır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Olof Gill deyib.

O bildirib ki, bu qərar gərginlik yaradacaq: "Aİ açıq və ədalətli ticarətə xələl gətirən proteksionist tədbirlərə qarşı qətiyyətlə dayanır və gələcəkdə də dayanacaq. Biz ABŞ-ı qərarlarını yenidən nəzərdən keçirməyə və bütün tərəflərin xeyrinə olacaq, ortaq, qaydalara əsaslanan bir həll yolunda işləməyə çağırırıq. Çünki məlum qərar Atlantik okeanı boyunca dərin inteqrasiya olunmuş təchizat zəncirlərini, investisiya axınını və iqtisadi sabitliyi təhdid edir. Biz bunu sakit qarşılaya bilmərik".

Samir Musayev
MİA.AZ

Chosen
37
mia.az

1Sources