EN

Niki Hayen: “Aston Villa”ya evimizdə qalib gəlməyə çalışacağıq”

“Brügge”nin baş məşqçisi Niki Hayen Çempionlar Liqasının 1/8 finalının “Aston Villa” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, belçikalı mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Biz hər oyuna eynilə hazırlaşırıq, həm daxili yarışlarda, eləcə də Çempionlar Liqasında. Çox şey elə, ilk oyundan asılı olacaq. “Aston Villa” son 9 səfər oyunundan 7-də məğlub olub, amma evdə onlar 14 ardıcıl oyundur ki, evdə uduzmurlar, ona görə də biz öz evimizdə qələbə qazanmağa çalışmalıyıq.

“Aston Villa” son oyunumuzdan (Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü tur ev oyunu, 1:0 – redaktorun qeydi) bəri, istedadlı oyunçularla dolub, amma bir komanda olaraq onlar dəyişməz qalıblar. Gözləyirəm ki, onular tezliyi artıraraq, hücum üslubunda oynamağa çalışacaqlar”, deyə Niki Hayen gözləntisini bildirib.

Xatırladaq ki, hakim “Brügge” – “Aston Villa” oyununun başlanğıc fitini martın 4-ü saat 21:45-də səsləndirəcək.

Chosen
42
arena.az

1Sources