EN

ABŞ-nin şəhərlərində üzərinə “Xocalıya ədalət” şüarı yazılmış avtomobillər hərəkət edib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta, Pitsburq şəhərlərindəXocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar genişməlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Diasporlaİş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan İcmasınıntəşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əksetdirən LED ekran quraşdırılmış avtomobillər şəhərlərin mərkəziküçələri boyunca hərəkət edib.

“CNN”-in binası, “Times Square” meydanı, Pentaqon, Ağ Ev,Kapitoli, Pitsburq Universiteti və digər məşhur yerlərin olduğuküçələrdən keçən LED ekranlı avtomobillərdə Xocalı soyqırımıqurbanlarının fotoları və faciənin dəhşətlərini göstərən təsvirlərnümayiş etdirilib. Avtomobillərin üzərində “Xocalıya ədalət!”,“Xocalı soyqırımını tanıyın!”, “Ermənistanın insanlığa qarşıcinayəti”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Xocalınıxatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətləyetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlilolub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindənbirini itirib, 8 ailə tamamilə məhv edilib” şüar və faktlarıyazılıb.

Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəbolub.

Qeyd edilir ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsindəABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırmaaksiyalarının məqsədi yerli sakinlərin diqqətini Xocalıhəqiqətlərinə çəkməkdir.

ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
Chosen
19
3
az.trend.az

4Sources