EN

Tikinti şirkətinin rəhbəri işlətdiyi fəhlədən borc pul alıb? - İDDİA və CAVAB VİDEO

Şirvan sakini Vüqar Qurbanov işlədiyi şirkətin rəhbərinin ondan borc adı ilə aldığı 15 min manatdan çox pulu tam qaytarmadığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Şirvan sakini Vüqar Qurbanov iddia edir ki, 2021-ci ildən 2023-cü ilə qədər Bakıda yerləşən “Zeynallı” MMC tikinti şirkətində qeyri-rəsmi çalışıb. Bu illər ərzində yığdığı 15 min 300 manat məbləğində pulu adıçəkilən şirkətin rəhbərləri Orxan Zeynallı və Səddam Hacıyev ondan geri istəyiblər.

Şirvan sakini deyir ki, şirkətə müraciət edən müştərilər arasında evi yarımçıq qalan, pulu alınıb tikilisi təhvil verilmədiyi üçün məhkəməyə müraciət edənlər də var. O isə 2023-cü ildən bəri əlinin zəhməti ilə qazandığı pul geri almağa çalışır.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Orxan Zeynallı borcdan 6000 manatı geri qaytarıb. Söz verib ki, qısa müddətdə geri qalan 9300 manatı da verəcək, amma əməl etməyib. Adıçəkilən şəxslə biz də əlaqə saxladıq. O isə borcun hamısını qaytardığını dedi.

Şirkətin digər rəhbəri olduğu iddia edilən Səddam Hacıyev ilə də əlaqə saxladıq. Səddam Hacıyev isə Vüqar Qurbanovun psixoloji problemlərinin olduğunu və yalan söylədiyini qeyd etdi.

Məsələ ilə bağlı DİN-dən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ mülki olduğu üçün vətəndaş məhkəməyə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
37
xezerxeber.az

1Sources