Peskov: Putin Suriyanın yeni lideri ilə hələ görüşməyi planlaşdırmır
Rusiya prezidenti Vladimir Putinin iş qrafikinə keçid dövrü üçün Suriya prezidenti Əhməd əl-Şara ilə şəxsi təmaslar hələ daxil edilməyib.Bu barədə çərşənbə axşamı, martın 4-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərini TASS sitat gətirir.
"Xeyr, hələ yox", - Kreml sözçüsü qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları Moskva ilə münasibətlərin tarixi kontekstini başa düşürlər.
aia.az
Tərcümə şöbəsi