EN

“Zirə”ni məğlub edib, yarımfinala çıxan komanda enişdə ola bilməz” – Elmar Baxşıyev

“Araz-Naxçıvan” Misli premyer-liqasının 25-ci turunda “Sabah”la heç-heçə etdi - 2:2.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev suallara cavab verib.

- Maraqlı oyunun şahidi olduq. Hər iki komanda hücumda kreativliyi ilə seçilirdi. Komandamın göstərdiyi performansdan məmnun qaldım.

- “Araz-Naxçıvan”ın nisbi enişdən çıxdığını düşünmək olarmı?
- Biz enişdə deyilik. Komandam möhkəmdi. Oyunda da göstərdik ki, enişdə deyilik. “Zirə”ni məğlub edib, yarımfinala çıxan komanda enişdə ola bilməz.

- Ülvi İsgəndərovu növbəti oyunlarda start heyətində görmək mümkün olacaqmı?
- Ehtiyat futbolçumuz deyil. Hər bir oyunçunun şans qazanması özündən aslıdı. Ülvinin şansı düşdü və yararlandı.

- Qələbə qolu üçün nə çatmadı?
- Enişdə olan komanda iki dəfə oyunu çevirə bilməz. Zədəli futbolçular qayıdandan sonra hücumda daha da yaxşı olacağıq.

ƏSƏD SEYİDOV

Chosen
54
football-plus.az

1Sources