EN

Avropa Birliyi ABŞ-yə çağırış etdi

ABŞ-nin Meksika və Kanadaya tətbiq etdiyi gömrük rüsumları qlobal ticarətə zərər verəcək. Metbuataz xəbər verir ki, Avropa Birliyi Komissiyasının sözçüsü Olof Gill belə deyib. O bildirib ki, ABŞ-nin davranışları qlobal ticarətdə qeyri-müəyyənliyi artıracaq. Avropa Birliyinin açıq və ədalətli ticarətə xələl gətirən tədbirlərə qarşı qətiyyətlə dayandığını ifadə edən Gillin sözlərinə görə, ABŞ yanaşmasını yenidən nəzərdən keçirməlidir. Sözçü bəyan edib ki, ABŞ-nin qərarlarından geri addım atması Vaşinqton üçün də faydalı olacaq.

Gill, ABŞ-nin tətbiq etdiyi tariflərin Atlantik okeanı boyunca dərin inteqrasiya olunmuş təchizatı, investisiya axınını və iqtisadi sabitliyi təhdid edəcəyinə diqqət çəkib.

Chosen
24
metbuat.az

1Sources