“Araz-Naxçıvan” bu gün Misli Premyer Liqasının 25-ci turunda “Sabah”la 2:2 hesablı bərabərliyə razılaşıb.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda hücumda kreativliyi ilə seçilirdi. Ümumi olaraq, komandamın oyunundan məmnun qaldım.
Enişdə deyilik. Komamdam möhkəmdir, düşünürəm ki, öz iddiamızdan əl çəkməyəcəyik. Dörd gün əvvəl kubokda “Zirə”ni məğlub edən komanda enişdə ola bilməz. Komandam möhkəmdir, xarakteri var. Düşünürəm ki, zədəli oyunçularımız qayıdandan sonra daha yaxşı nəticələr qazanacağıq”.