EN

Bakıda qazıntı zamanı yol bərbad VƏZİYYƏTƏ SALINIB: Sakinlər şikayətçidir - VİDEO

Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvanski küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmağından şikayətçidirlər.

Avtosfer.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, öz hesabalarına təmir etdikləri yol yeraltı kabel çəkilişi zamanı bərbad vəziyyətə salnıb, sonradan düzəldilməyib. Problemin uzun müddətdir davam etdiyi bildirilir.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, əhalinin elektrik enerjisi təchizatını yaxşılaşdırmaq və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yüksək gərginlikli elektrik xətlərinin yeraltı xətlərlə əvəz olunması üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılıb. Yolda təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq müqavilə bağlanıb. Küçədə qazılmış hissələrin asfalt örtüklə bərpa olunması qısa müddət ərzində təmin ediləcək.

Chosen
15
2
avtosfer.az

3Sources