Azərbaycan Basketbol Liqasının XVI turunun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, NTD “Abşeron”u məğlub edib. Oyun NTD-nin 98:85 hesablı qələbəsi ilə yekunlaşıb. A qrupunun matçı Abşeron Olimpiya Kompleksində baş tutub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Neftçi” “Naxçıvan”ı 114:70, “Sabah”,”Sərhədçi”ni 89:73, “Sumqayıt” isə “Lənkəran”ı 88:83 hesabı ilə məğlub edib.